Britaniya mətbuatı “bp- Azərbaycan” arasında bağlanan müqavilədən yazdı
Böyük Britaniyanın nüfuzlu xəbər saytı "BBC News", "Wood Group Kenny Limited" (WGK) şirkəti "bp- Azərbaycan" arasında bağlanmış müqavilədən bəhs edib.
SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, xəbərdə diqqətə çatdırılıb ki, mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri sahəsində şirkətlər arasında ümumi dəyəri 36 milyon funtsterlinq olan müqavilə imzalnamışdır. Müqavilə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsini əhatə edir.
Yazıda həmçinin WGK şirkətinin fəaliyyəti haqqında məlumat verilmişdir. Şirkətin icraçı direktoru Kenny Steve Vaymanın fikirlərinə yer verilərək, müqavilənin şirkətlər arasındakı əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdiriləmisinə şərait yaradacağı bildirilmişdir.
Sonda "Şahdəniz" neft-qaz yatağının Azərbaycanda ən böyük təbii qaz yatağı olduğu vurğulanıb.
Qeyd edək ki, WKG Aberdin mərkəzli Şotlandiya şirkətidir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.bbc.co.uk/news/uk-scotland-scotland-business-27676385
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB