Alternativ enerji mənbələrinə əsaslanan layihələr sərgi iştirakçılarının xüsusi marağına səbəb olur. İyunun 3-də Bakı Ekspo Mərkəzində açılan, Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri olan 21-ci Beynəlxalq Xəzər neft və qaz ("Caspian Oil & Gas-2014"), həmçinin IV Xəzər Beynəlxalq energetika və alternativ enerji ("Caspian Power-2014") sərgilərinə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən rəsmi dəstək göstərilir.
Sərgidə Dövlət Agentliyi, "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Azgüntex" Məhdud Məsuliyyətli Cəmiyyəti üç pavilyonda öz nailiyyətlərini nümayiş etdirirlər. Bu pavilyonlar öz zənginliyi, dizaynının mükəmməlliyi ilə seçilir. Müasir innovasiyalı texnologiyalar əsasında qurulmuş "1 ev-1 stansiya", "Bakı şəhərinin küçə və xiyabanlarının alternativ enerji mənbələri hesabına işıqlandırılması", "Naqilsiz akvarium", "Samux aqroenerji kompleksi", "Qobustanın 2020-ci ilədək enerji təminatı" və digər layihələrin əyani və audio-video təqdimatları sərgi iştirakçılarının diqqətini cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB