NATO Azərbaycan münasibətləri müzakirə edilib

NATO Azərbaycan münasibətləri müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.

Səfərin ilk günü NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənovla general F.Bridlav arasında keçirilən görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Sonra Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə