AMEA Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri Pərvanə Qaraxani, doktorant Arzu Hüseynova və Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi Naibə Mehdiyeva Quba rayonunun Cek və Qaleyxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanan herbari materiallarının təyinatı zamanı fərqli növ aşkarlanıb və növün təyinatı üçün müasir metodlardan istifadə ediblər. SİA-nın xəbərinə görə, bunun nəticəsində elm üçün Sentauera cinsinə aid yeni növ müəyyən olunub.
Artıq yeni növ Centaurea emilae Hüseynova et Qaraxani adı altında elmə daxil edilib.
Sankt-Peterburqun "Elm" nəşriyyatında növü təsdiq edən "Новый вид рода Centaurea (Asteraceae) из Азербайджана" başlıqlı məqalə dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB