Dövlət Komitəsi: “Ət məhsulunun halal olub, olmadığını Qafqaz Müsəlmanları İdarəsi müəyyən edir”

Dövlət Komitəsi: “Ət məhsulunun halal olub, olmadığını Qafqaz Müsəlmanları İdarəsi müəyyən edir”

"Azərbaycanda ət məhsulunun halal olub, olmadığını Qafqaz Müsəlmanları İdarəsi müəyyən edir". SİA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədri Ramiz Həsənov deyib.

R.Həsənov bildirib ki, əgər kolbasa istehsalı üçün məhsul xaricdən gəlirsə, həmin ət o ölkənin sertifikatı ilə gəlir və bu sertifikat onlar tərəfindən tanınır.

R.Həsənov deyib ki, Azərbaycanda 3 broyler fabriki "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun sertifikat almaq üçün SMPDK-da akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) müraciət edib: "Dövlət Komitəsi də Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi ki, onların nümayəndələri həmin broyler fabrikində kəsimə nəzarət etsinlər. Yekunda da rəy versinlər ki, bu şirkətlərə uyğun sertifikat verə bilərik, ya yox. QMİ-nin də bu sahədə tələbləri var. Hazırda QMİ-nin rəyini gözləyirik. Biz altı aya yaxındır ki, bu şirkətlərlə monitorinq aparırıq, çünki bu sahədə standartın başqa tələblərinə nə dərəcədə riayət olunduğunu müəyyənləşdirməliyik. Ümumiyyətlə, dövlətin standartı varsa, bu standarta riayət olunmasına da dövlət nəzarət etməlidir. Təbii ki, burada QMİ-nin də müəyyən rolu var".

Bütün xəbərlər Facebook səhifəmizdə