Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyunun 19-da saat 10:00-da qurumun Lənkəran rayon şöbəsinin inzibati binasında (Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsi, 1) Astara, Lerik, Yardımlı və Lənkəran rayonlarının sakinlərini qəbul edəcəkdir.

Qurumun mətbuat xidmətindən bildirmişlər ki, qəbula yazılmaq istəyən vətəndaşlar iyunun 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə