Sabahdan havalar soyuyacaq

Sabahdan etibarən Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, sabahdan paytaxtda şimal küləyi əsəcək, axşam və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, iyunun 3-ü axşam və 4-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə