Nazir: ""Azərbaycan gəncliyi" Dövlət Proqramı uğurla həyata keçirilir"
"XXI əsr bütün hadisələrin , prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir. Lakin hazırda Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat və deyərdim ki qabaqlayıcı cavab verir. SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən Gənclərin VII Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə, 2011-2015-ci iləri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı uğurla həyata keçiririlir:" Təkcə onu demək kifayətdir ki, 2012-2013-cü illərdə gənclərim QHT-lər tərəfindən Dövlət Proqramının müvafiq bəndlərini icra etmək üçün 5 qrant müsabiqəsi elan edilib, ümumi büdcəsi 11.257.124 manat təşkil edən 327 layihəsi maliyyələşdirilib. Azərbaycan höküməti 5 illik "Azərbaycan gəncliyi" Dövlət Proqramının həyata keçirilməsinin maliyyə dəstəyini təmin edib, bunin üçün 80 milyon vəsait ayırıb. VI forumdan keçən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilib, onlardan 254 ölkə səviyyəli, 89 beynəlxalq tədbir olub. Onlardan hər il orta hesabla 200 mindən artıq gənc iştirak edib. Bu müddətdə 6 mindən çox gənc beynəlxalq mübadilədə iştirak edib. Səslənən rəqəmlər yalnız nazirliyin fəaliyyətini əks etdirir".
Nazir bildirib ki, 2 iyul 2013-cü il tarixində Prezident tərəfindən imzalanmış Fərmanla "Gənclər üçün Prezident Mükafatı "təsis edilib ki, hər biri 10 min manat olmaqla 6 mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyəti sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlara təqdim edilib:"VI Forumdan keçən dövrdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi aktual məsələləri üzrə yerlərdə 1550-dən artıq müxtəlif səpkili tədbirlər həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə respublikanın 18 rayon və şəhər üzrə keçirilən kampaniyalarda 65 minədək gənc iştirak edib. 2013-cü ildə Bayraq Gününə həsr edilən "Bayraq Festivalında" təkcə Bakıda 6 mindən artıq gənc möhtəşəm flaşmpb-da iştirak edib. Diyarşünaslığın inkişafı məqsədilə 2012-2013-cü illərdə Respublikanın 7 rayon və şəhərlərində təşkil edilən "Azərbaycan doğma diyarımdır" adlı vətənpərvərlik adlı yay-istirahət düşərgələrində 5 mindən artıq gənc iştirak edib. Bundan əlavəBakıda Gənc Alimlərin Beynəlxalq Forumu keçirilib ki, bu forumda 95 ölkədən 400-ə dək gənc alim, doktorant iştirak edib".
A.Rəhimov çıxışı zamanı həmçinin vurğulayıb ki, Nazirlkk tərəfindən "Məzun "yarmarkalarında 2006-2014-cü illərdə 5 minə yaxın vakansiya çıxarılıb, onlardan 1500 nəfəri daimi, 500 nəfər isə mövsümi və ödənişli staj işlərinə cəlb olunublar. Tələbələrə sosial dəstək göstərmək məqsədilə dövlət proqramında nəzərdə tutulan Azərbaycan tələbə kartı hazırlanıb və təmənnasız paylanıb".
Nazir çıxışının sonunda gənclərə göstərdiyi dəstəyə görə, ölkə başçısına öz təşəkkürünü bildirib. Forum iştirakçılarını təbrik edən nazir gənclərə uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB