Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub. SİA-nın xəbərinə görə, tədbirlər planına uyğun olaraq rayondakı Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində tədbir keçirilib.

Tədbiri açıq elan edən məktəbin direktoru Məhin Orucova uşaqları və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək qeyd edib ki, 1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb: "Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur. 3 saylı uşaq musiqi məktəbi 1955-ci ildən fəaliyyət göstərir, məktəbdə fortepiano, skripka, gitara, klarnet, truba, saksafon, fleyta, zərb alətiləri, tar, kamança, qanon, balaban, qarmon, xanəndə, xor, estrada və vokal siniflərində, ümumilikdə 332 uşaq təhsil alır ki, onlara 96 müəllim dərs deyir. 2012-ci ildə məktəb sökülərək yenidən tikilmiş, burada uşaqların normal təhsili üçün hər cür şərait yaradılıb".

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulayıb. Bayramın tarixçəsindən danışan Asif Əsgərov bildirib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir: "Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur. Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyublar".

Tədbirdə Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Şarl Perronun nağıllları əsasında Avstriya bəstəkarı Y. Haydnın fortepiano sonatalarının musiqisinə yazılan opera-zarafat nümayiş etdirilib. Şagirdlərin çıxışları qonaqların alqışları ilə qarşılanıb.

Tədbirdə Səbail rayon rəhbərliyi ilə yanaşı Bayıl yaşayış sahəsində yerləşən orta məktəblərin şagirdləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə