Bu gün Bakıda Azərbaycan Gənclərinin VII Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, başda gənclər və idman naziri Azad Rəhimov olmaqla nümayəndə heyəti Fəxri Xiyabanda olublar. Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edən nümayəndə heyəti daha sonra görkəmli alim, oftolmoloq Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.
Onlar həmçinin Azərbaycanın azadlığı uğurunda canından keçmiş qəhrəmanların məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanında olublar.
Xatırladaq ki, bu gün saat 11.00-da Heydər Əliyev adına Sarayda Azərbaycan Gənclərinin VII Forumunun rəsmi açılış mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB