İyunun 1-də hava necə olacaq?

İyunun 1-də hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Temperatur gecə 17-22°, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaqdır.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcəkdir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan, Şüvəlan və Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Şahildə 23-24° isti təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında

hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Temperaturun gecə 13-18°, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,

həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,

Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.

Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,

İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz və Qusar rayonlarında

hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,

İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,

Hacıqabul, Salyan və Neftçala rayonlarında

hava əsasən yağmursuz keçəcəkdir.

Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,

Lerik, Lənkəran və Astara rayonlarında

hava əsasən yağmursuz keçəcəkdir.

Temperaturun gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə