İnternet sahibkarlığı sahəsində təcrübə mübadiləsi aparılıb

İnternet sahibkarlığı sahəsində təcrübə mübadiləsi aparılıb

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında Türkiyənin ən böyük startup tədbirlərindən olan "Etohum"un Bakı toplantısı keçirilmişdir. Tədbirin əsas məqsədi Türkiyənin tanınmış şirkətləri ilə internet sahibkarlığı sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.

"Etohum"un rəhbəri Burak Büyükdemir son illərdə Türkiyədə internet sahibkarlığı sahəsində böyük nailiyyətlər əldə olunduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın əsas məqsədi yerli Yüksək Texnologiyalar Parkının fəaliyyətini, novatorluğun səmərəliliyini təmin etməkdir.

"Etohum" qurulduğu gündən ötən 6 ildə 300-dən çox mentor və 40-dan çox özəl investorlarla əməkdaşlıq edərək 200-dək layihəyə dəstək vermişdir. Bu layihələr arasında Türkiyənin "Grupanya", "Balerin", "Evidea", "Pembepanjur", "İndirdik", "İnfodif", "Ehil", "Gamester", "Userspots", "Connected2me", "Dekoreko" kimi qabaqcıl internet şirkətləri də vardır.

Tədbirdə ABŞ-ın "Hazelcast", Türkiyənin "212 Vençur Kapitalı", "Sporx" ,"Monitera" şirkətlərinin nümayəndələrinin məruzələri dinlənilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə