113 yaşlı nənə 70 yaşlı sevgilisi ilə evləndi

113 yaşlı nənə 70 yaşlı sevgilisi ilə evləndi

113 yaşlı Azatian Savuti 70 yaşlı sevgilisinin ilk evlilik təklifinə yaşlı olduğundan utandığı üçün "yox" demişdi. Qocalar evinin yaşlı sakinləri 6 aylıq münasibətdən sonra nəhayət evləniblər. Yaşlı cütlük ötən ilin dekabr ayında Qərbi Sincan əyalətində təşkil edilmiş "Bachu County" mərasimində tanış olmuşdular. Ancaq Azatian bu yaşında ərə getməkdən utandığı üçün 70 yaşlı Aimti Ahemtinin ilk evlilik təklifinə yox demişdi.

Ötən həftə isə cütlük nikah masasına əyləşib. Ənənəyə uyğun olaraq, 113 yaşlı nənə duvaq, 70 yaşlı Aimti isə başına bəy papağı taxıb. Nikahdan sonra təzə bəy Aimti "biz indi birlikdə çox xoşbəxtik. Mənim üçün onun məndən yaşlı olması əhəmiyyətli deyil. O, mənim qayğıma qalır və mənə yemək zamanı çoxlu ət verir", - deyərək sevincini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə