Artıq zəruri avadanlıqlar quraşdırılıb
Bulvarda pulsuz internet

Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən iaşə obyektləri wi-fi şəbəkəsinə ödənişsiz çıxışla təmin olunub. Bu barədə Dənizkənarı Milli Park İdarəsindən bildiriblər.

Qeyd olunub ki, təchizat hər kəsin internetdən ödənişsiz istifadə edə biləcəyi müxtəlif nöqtələrdən gedir.

O da bildirilib ki, parkın bütün ərazisinin wi-fi şəbəkəsi ilə təmin olunması istiqamətində işlər gedir. Bununla bağlı artıq zəruri avadanlıqlar quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə