Sabah Azərbaycanın bəzi ərazilərində 35, Bakıda isə 31 dərəcəyə kimi isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.
Mayın 31-də bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Hava gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 23-25 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB