Zaqatala-Balakən bölgəsində 2 il əvvəl baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən inşa edilən daha iki məktəb binasının açılışı olub. Məktəbin açılışını şimal-qərb bölgəsində səfərdə olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov edib.
İlk olaraq rayonun Aşağı Tala kəndində tikilən 750 yerlik 3 saylı orta məktəb, bundan sonra isə 400 yerlik 4 saylı Yuxarı Tala kənd orta məktəbinin açılışı olub. Nazır bildirib ki, bölgədə zəlzələdən sonra tamamilə qəzalı vəziyyətə düşən 37 təhsil ocağından 35-i son bir il ərzində yenidən tikilib. Bu gün isə sonuncu iki məktəb şagirdlərin ixtiyarına verilib.
Dünyanın heç bir ölkəsində təbii fəlakət baş verərkən sığortalanmayan tikililərin bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmadığını deyən nazir bildirib ki, iki il müddətinə bölgədə təbii fəlakət nəticəsində yaşayış evləri zərər çəkən insanların hamısı yeni evlərlə təmin olunacaq.
Qeyd edək ki, bu günədək zəlzələ bölgəsində 6 minə yaxın fərdi yaşayış evi tikilərək sakinlərin istifadəsinə verilib.
K.Heydərov həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yeni inzibati binasının açılışında da iştirak edib. Burada yaradılan şəraitlə tanış olub. Nazir bildirib ki, operativliyin təmin edilməsi üçün bütün bölgələrdə bu tip məntəqələrin inşası nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB