"Türk xalqları uzun illər məcburi şəkildə bir-birindən aralı qalıblar"

"Türk xalqları uzun illər məcburi şəkildə bir-birindən aralı qalıblar"

Azərbaycan Dillər Universitetinin Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu və Milli Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya elmləri doktoru Babək Abuşovun (Babək XALİSTÜRK) SƏS TV-yə müsahibəsi

- Məhəmməd müəllim, Qazaxstanda Turan şəhərinin açılışı və burada keçirilən Türkdilli xalqların qurultayı hansı məqsədlərə hesablanmışdı və bu qurultayın "Türk Dünyası" birliyinin güclənməsi baxımından önəmini necə qiymətləndirmək olar?

Məhəmməd Teymurlu: - Əvvəlcə onu qeyd edim ki, qurultaya Azərbaycandan 10 nəfər nümayəndə heyəti qatılmışdı. Qurultayın əsas məqsədi Türk Dünyasını birləşdirmək, gələcəkdə müharibələrə qarşı mübarizə aparmaq və insanların firavan yaşaması üçün şərait yaratmaqdır. Digər bir məqsəd isə Türk Xalqlarının Assosasiyasını yaratmaq idi.

- Beynəlxalq münasibətlər sistemində üstün mövqe əldə etmək üçün mühüm şərtlərdən biri də eyni dilə, dinə, mədəniyyətə malik xalqların birliyidir. Sizcə eyni dilə, dinə, soy-kökə malik olan Türkdilli xalqlar bu prinsiplərə əməl edə bilərmi?

Babək Abuşov: - Türk Dünyası dedikdə yer üzünə səpələnmiş müxtəlif türk toplumları nəzərdə tutulur. Bu topluların birləşməsi Türk Dünyasının qarşısında olan bütün çətinliklərin aradan qaldırılmasını kifayət qədər asanlaşdıra bilər. Türk Dünyasının ziyalıları son zamanlar bu barədə fikirləşirlər və vacibliyini vurğulayırlar.

- Bildiyimiz kimi sizlər qurultay çərçivəsində Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində azərbaycanlı tələbə və müəllimlərlə görüşləriniz olub. Bununla bağlı nə düyə bilərsiniz?

Babək Abuşov: - Biz Bakıya qayıtmazdan əvvəl yoldaşlardan biri təklif etdi ki, Türküstana gedib orada Əhməd Yəsəvi türbəsinə gedək. Biz də getdik türbəni ziyarət etdik. Daha sonra Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində olduq. Nümayəndə heyəti universitetdə çox yüksək şəkildə qarşılandı. Orada hamımız əsasən türk dilində danışırdıq. Qeyd edim ki, həmin universitetdə 60-a qədər Azərbaycan türkü təhsil alır. Universitetdə çox gözəl şərait yaradılıb. Böyük kitabxanası, ayrıca poliklinikası var. Həmçinin biz tələbə şəhərciyində Azərbaycan türkləri öz hesablarınaXocalı faciəsini əks etdirən qranit lövhə ucaltmışdılar.

- Hər zaman ortaq türk əlifbasının, türk bayrağının yaradılması məsələsi ideya olaraq səslənib. Bəs bu ideyanın reallaşmasına mane olan nıdir?

Babək Abuşov: - Uzun müddət türk xalqları məcburi şəkildə bir-birindən aralı qalıblar. İndi bu türk ölkələrinin birləşməsindən gedir söhbət. Çox yaxşı olardı ki bu dövlətlər mənəvi olaraq, iqtisadi, siyasi cəhətdən birləşsinlər. Dil məsələsinə gəldikdə isə Əhməd Yəsəvi adına Universitetdə oxuyan uşaqlar artıq bu dili hazırlayırlar. Onlar gələcəkdə bu sahədə çox işlər görəcəklər. Qaldı ki, ortaq bayrağın yaradılması, o zaman gərək ümumi türk dövləti yaradılsın ki onun da ortaq bayrağı olsun.

Məhəmməd Teymurlu: - Bu məsələ çoxdan müzakirə olunur. İndiyə qədər ortaq əlifbanın yaranmaması əsasən Türk Dünyası Asambleyasının Təşkilat Komitəsinin prezidentinin yerində olmaması ilə bağlıdır. Türk Dünyasının sabahını fikirləşiriksə bütün türkdilli dövlətlər Təşkilat Komitəsinin təzələnməsinə nail olmalıdırlar. Hesab edirəm Təşkilat Komitəsi dəyişdirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə