Ehtiyata buraxılan zabit və digər şəxslər medalla təltif olunacaqlar

Ehtiyata buraxılan zabit və digər şəxslər medalla təltif olunacaqlar

Parlamentin bugünkü iclasında "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" Azərbaycan respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliklər müzakirə edilib. SİA-nın xəbərinə görə, qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, sözügedən yubiley medalı ilə 2014-cü il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanlarında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanan zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən, ehtiyata buraxılan zabitlər və digər şəxslər təltif edilirlər.

Məlumat üçün bildirək ki, medalın diametri 36 mm olan dairəvi qızılı rəngli metal lövhədən ibarətdir.

Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə