Dünyanın bir çox iri şəhərlərində azad Wi-Fi şəbəkəsi mövcuddur. İnsanlar istənilən yerdə küçədə, parkda, ictimai nəqliyyatda istədiyi vaxt internetə daxil ola bilər. Bizdə bu sistemi bəzi mobil operatorlar yaradıb. Bir də bəzi istirahət iaşə obyektləri... Bakılıların, eləcə də qonaqların ən çox üz tutduğu istirahət məkanlarından ən böyüyü - Dənizkənarı Bulvar ərazisində də bundan sonra pulsuz Wi-Fi şəbəkəsi olacaq.
Artıq Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən restoran və kafelər Wi-Fi-ya ödənişsiz çıxışla təmin olunublar.
Hazırda Bulvar ərazisində giriş nöqtələrinin qurulması üzərində işlər aparılır. Ərazidə artıq 30 Wifi nöqtəsi quraşdırılıb. Yaxın vaxtlarda isə daha 2 əsas ötürücünün işə salınması planlaşdırılır. Giriş nöqtələri əsasən ərazidəki kafe və restoranların ətrafında quraşdırılıb. Sözügedən iki ötürücü işə salındıqdan sonra Bulvar ərazisi Wifi şəbəkəsi ilə tam əhatələnəcək.
Simsiz şəbəkə vasitəsilə istifadəçilər sosial şəbəkələrə hətta bəzi dövlət orqanlarının saytlarına pulsuz çıxış əldə edə biləcəklər. Əxlaqa zidd saytlara giriş isə qadağan olunacaq.

Şəhər sakini Ləman Heydərli: "Əslində Milli Parkda Wi-Fi şəbəkəsinin tətbiqi heç də düzgün deyil. Çünki bu zaman bütün gənclər sosial şəbəkələrdə olacaqlar. Beləcə hər bir yer (ev, məktəb, universitet və s.) internet olacaq. Restoran və kafelələrdə Wi-Fi şəbəkəsinin tətbiqi müəyyən mənada olar. Amma istirahət parklarında bunun tətbiqinin əleyhinəyəm. Əgər gənc əlində mobil telefonla Milli Parka gəlib internete daxil olacaqsa, bu, heç də onun istirahəti deyil".
.jpg)
Şəhər sakini Elnarə Bayramova: "Mən bunu çox müsbət dəyərləndirirəm. Özüm o qədər də internet istifadəçisi olmasam da, restoran və kafelələrdə Wi-Fi-nin tətbiqini müsbət qiymətləndirirəm. Amma hər halda bütün günü telefona, komputerə baxmaq da düzgün deyil".
Vaxtının əksər saatını internetdə keçirən gənclərsə bunu müsbət qarşılayır. Bəzi sosial şəbəkələrə girişin pulsuz olacağı xəbəri isə onların lap ürəyincədir.

Şəhər sakini Orxan İsgəndərov: "Mən həddən çox sevinirəm ki, pulsuz internetdən istifadə edə biləcəm. Ən çox daxil olduğum saytlar isə sosial şəbəkələrdir. İstərəm ki, daha bir yenilik kimi elektron dərs vəsaitləri tətbiq olunsun ki, biz istirahət edərək dərslərimizi mütaliə edək".

Şəhər sakini Vüqar Əhmədov: "Bu, Bulvar İdarəsi tərəfindən atılan çox gözəl addımdır. Milli Parkımız günü-gündən daha da gözəlləşir və burada tətbiq olunan yeniliklər isə bizləri sevindirir".

Şəhər sakini Cəmşid Ələkbərov: "Mən hər zaman yeniliyinin tərəfdarı olmuşam. Hətta restoranımıza gəlib gedənlərdə soruşurlar ki, Milli Park tamamilə nə vaxt pulsuz internetlə təmin olacaq? Əsas odur ki, şəhər sakinləri tərəfindən buna maraq daha çoxdur".
Qeyd edək ki, ərazidə Wi-Fi şəbəkəsinin quraşdırılması prosesi isə Rabitə İnformasiya Texnalogiyaları Nazirliyi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB