“Sosial Müdafiənin İnkişafı Layihəsi”nə yeni direktor təyin edildi

“Sosial Müdafiənin İnkişafı Layihəsi”nə yeni direktor təyin edildi

Elnur Süleymanov Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə layihəsi olan "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin direktoru təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin ƏƏSMN-nin institusional və insan resursları imkanlarının genişləndirilməsi, idarəetmə sisteminin və sosial təminat proqramlarının təkmilləşdirilməsi, əmək bazarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti gücləndiriləcək. Sosial müdafiə sistemində müasir tələblərə uyğun iş metodlarının hazırlanması və tətbiqi, əhaliyə xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi və bu sahədə şəffaflığın təminatı sahələrində ƏƏSMN tərəfindən aparılan islahatlarda layihənin rolu artırılacaq.

Eyni zamanda, müasir bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşan keyfiyyətli əmək ehtiyatları bazasının yaradılması, sosial təminat sisteminin təkmilləşdirilməsində yeni texnologiyaların tətbiqi, xidmət sahəsində avtomatlaşdırmanın təmin olunması kimi işlərdə Layihənin imkanlarından daha səmərəli istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə