“The Korea Post” jurnalı Naxçıvandan yazdı

“The Korea Post” jurnalı Naxçıvandan yazdı

Koreya Respublikasının nüfuzlu "The Korea Post" jurnalının may ayı üçün buraxılışında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş məqalə dərc edilib.

Azərbaycanın Koreyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə Naxçıvanın qədim tarixi və zəngin təbiəti, o cümlədən mineral ehtiyatları, Azərbaycan Respublikasının ərazi vahidi çərçivəsində statusu haqqında danışılıb, Naxçıvan əhalisinin erməni terrorizminə qarşı ölkəmizin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsi və Heydər Əliyevin rəhbərliyi altında inkişaf yolu haqqında məlumat verilib.

http://www.koreapost.com/news/view.html?section=165&category=192&no=532

Bütün xəbərlər Facebook səhifəmizdə