Bu gün Səbail rayonu 7 saylı tam orta məktəbdə "Son zəng" təntənəli şəkildə qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
"Sahil bağı"nda qeyd olunan "Son zəng" tədbirində ilk olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilib, respublikamızın dövlət himni səsləndirilib.
Daha sonra məktəbin şagirdlərinin ifasında musiqi və rəqs nümunələri ifa olunub.
Məktəbin direktoru Könül Həsənova deyib ki, bu gün zamanın axarında on bir ili başa vuran məktəblilər son zəngi dinləyəcəklər: "Bu gün məktəbimizin məzunları ilə vidalaşırıq. Onlar artıq müstəqil həyatın astanasına qədəm qoyurlar. Arzu edirəm ki, vətənimizin milli-mənəvi dəyərlərinə, soy kökümüzə sadiq vətəndaşlar olsunlar".
Məktəbin məzunları da bu gündə çox həyəcanlı olduqlarını, eyni zamanda sevinc və kədər hisləri keçirdiklərini qeyd ediblər.
Tədbir məktəblilərin ifasında musiqi və rəqs nümunələri ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB