Bu yay Xəzər sahili məşhur İpanema çimərliyinə bənzəyəcək. Futbol üzrə Dünya Çempionatının oyunlarına Braziliyada baxa bilməyənlər heç də təəsüflənməsinlər. Çünki Braziliya atmosferi Azərbaycana gəlir!
SİA-ya verilən xəbərə görə, iyun ayının 12-dən 1 ay boyunca – Sea Breeze məkanında Braziliya atmosferi hökm sürəcək: futbol, musiqi, oyunlar və əyləncə, dad bir araya gələcək.
Latın rəqslərin nümayişi, hər gün musiqili şou şəhərciyə gələnlərə özlərini Braziliyada hiss etdirəcək. Kokteyl üzrə master-klaslar isə qonaqlara yayı necə dadlı və sərin etməyi öyrədəcək. "Village Brasil" səhnəsini Braziliyanın və eləcə də Latın Amerikasının digər ölkələrinin tanınmış musiqi qruplarına açacaq. Yerli müğənnilərimiz səhnədə bir-birilərini növbələyəcəklər. Futbol məşqləri, kapoeyra təlimləri, voleybol, reqbi, çimərlik futbolu həm böyüklərin, həm də uşaqların vaxtının əyləncəli keçməsini təmin edəcək.Qonaqlara futbol həyəcanını şəhərcikdə qurulmuş böyük ekranlardakı canlı oyunlar yaşadacaq.
"Village Brasil" Sea Breeze ərazisində salınacaq və tamamilə Braziliya ruhunda dizayn ediləcək. Village Brasil-ə Bakının mərkəzindən gündə bir neçə dəfə ödənişsiz avtobuslar nəqliyyat xidməti göstərəcəklər.
Qeyd edək ki, bu tədbir A+A Events tərəfindən keçirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB