Zakir Həsənov Gürcüstanda “Krtsanisi" Mərkəzində olub

Zakir Həsənov Gürcüstanda “Krtsanisi" Mərkəzində olub

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə Nazirliyinin "Krtsanisi" Milli Tədris Mərkəzinə baş çəkib. SİA-nın xəbərinə görə, Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumatda nazirin mərkəzin fəaliyyəti ilə tanış olduğu bildirilir.

Zakir Həsənov daha sonra Artilleriya Məktəbində və simulyasiya mərkəzində olub.

"Delta" Elmi-Texniki Mərkəzi Azərbaycanın nümayəndə heyəti üçün Gürcüstanın istehsalı etdiyi hərbi texnikanın sərgisini təşkil edib.

Daha sonra Zakir Həsənov və onu müşayiət edən şəxslər Marneuli aviasiya briqadasının bazasında azərbaycanlı hərbi qulluqçularla görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə