Mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB