Azərbaycan millət vəkilləri Türkiyədə mədən partlayışının qurbanlarının ailələrinə 38 min dollara yaxın yardım edib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruzəli Aslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə mədən partlayışının qurbanlarının ailələrinə yardım aksiyasına başlayıb və artıq 20 gündür kampaniya davam edir: "Bu günə qədər kampaniyada 40-a yaxın millət vəkili iştirak edib və ümumilikdə 38 min dollara yaxın vəsait toplanıb. Toplanan vəsait artıq Türkiyə Qızıl Aypara Cəmiyyətinə köçürülüb. Yardım aksiyası iyunun 20-ə qədər davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB