2014-cü ilin I rübündə Mingəçevir şəhərində görülən işlərlə bağlı Mingəçevir Şəhər Statistika İdarəsindən SİA-ya göndərilən statistik göstəricilər:
Sənaye
2014-cü ilin yanvar-mart aylarında şəhərin sənayesində 60825,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilib. Sənaye istehsalının 96,5 faizi məhsul istehsalının, 3,5 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 53791,2 min manatlıq və ya ümumi istehsalın 88,4 faizi qədər, qeyri-dövlət sektorunda isə 7033,8 min manatlıq və ya ümumi istehsalın 11,6 faizi səviyyəsində sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. İstehlakçılara 60929,1 min manatlıq və ya bütün sənaye istehsalının 100,2 faizi qədər sənaye məhsulu göndərilib. 2014-cü il aprel ayının 1-nə kimi sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 1327,6 min manat olub. Həmin dövrdə sənayedə orta aylıq nominal əmək haqqı 352,5 manat olub. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,0 faiz çoxdur.
İnformasiya və rabitə
Cari ilin I rübündə informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 333,6 min manatlıq işlər görülüb və xidmətlər göstərilib. Xidmətlərin 97,5 faizi dövlət rabitə müəssisələri tərəfindən göstərilib. Şəhərin rabitə müəssisələrində orta aylıq nominal əmək haqqı 347,6 manat olub.
Nəqliyyat
2014-ci ilin ilk üç ayı ərzində nəqliyyat sektorunda (fiziki şəxslər də daxil edilməklə) fəaliyyət göstərən müəssisələr tərəfindən 903,2 min manatlıq xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz və ya 17,7 min manat çoxdur. 2014-cü ilin yanvar-mart aylarında nəqliyyat müəssisələrində çalışan işcilərin orta siyahı sayı 135 nəfər, orta aylıq nominal əmək haqqı 205,5 manat olub.
Tikinti
2014-cü ilin yanvar-mart aylarında şəhərdə bütün maliyyə mənbələri hesabına 1334,7 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Cari ilin I rübündə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6261,0 min manat məbləğində investisiya yönəldilib. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 965,7 min manat (15,4 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 5295,3 min manat (84,6 faiz) sərmayə yönəldiblər. 2014-cü ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan 5702,5 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2014-cü ilin yanvar-mart aylarında tikinti-quraşdırma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artaraq 3119,5 min manat olub. Podratçı təşkilatların gördükləri işlər (yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrlə yenidən təchiz etmə) 1046,2 min manat olub. Əsaslı təmir üzrə yerinə yetirilən işin həcmi 1798,0 min manat, cari təmir üzrə 156,6 min manat, sair işlər üzrə isə 118,7 min manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,9 dəfə çox, 41,7 faiz az və 5,7 dəfə çoxdur. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 2962,9 min manat (95,0 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 156,6 min manat (5,0 faiz) olmuşdur. 2014-cü ilin yanvar-mart aylarında tikintidə işçilərin orta siyahı sayı 219 nəfər olub. Fəhlə və qulluqçuların orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,5 faiz artaraq 285,6 manat təşkil edib.
Əmtəə bazarı
2014-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 51832,1 min manat həcmində əmtəə satılıb. Əmtəələrin 6,1 faizi hüquqi şəxslər, 22,9 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarlar və 71,0 faizi isə şəhərin yarmarka və bazarları tərəfindən realizə olunub. Pərakəndə ticarət dövriyyəsinin 99,8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və yarmarka, bazarların fəaliyyəti nəticəsində formalaşıb, bu sektorda 51729,2 min manatlıq istehlak malları satılıb. Şəhərin ticarət şəbəkələrindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 23,1 milyon manat, qeyri-ərzaq mallarının həcmi isə 28,7 milyon manat olub, onların da xüsusi çəkiləri müvafiq olaraq 44,5 və 55,5 faiz təşkil edib.
İaşə xidmətləri
Cari ilin I rübü ərzində əhaliyə 1345,0 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çox iaşə xidmətləri göstərilib. İaşə dövriyyəsinin 2,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 97,7 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşıb. Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 31,1 min manat həcmində iaşə xidmətləri göstərilib. Hesabat dövründə iaşə dövriyyəsinin 2,2 faizi dövlət müəssisələrinin, 97,8 faizi isə özəl müəssisələrin hesabına formalaşıb.
Əhaliyə göstərilən pullu xidmətlər
Bu ilin yanvar-mart aylarında pullu xidmətlərin həcmi 11056,8 min manat olub. Ümumi həcmin 39,0 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilib və bu müəssisələrdə əhaliyə 4306,7 min manat həcmində pullu xidmətlər göstərilib. Əhaliyə göstərilmiş pullu xidmətlərin 35,0 faizi dövlət müəssisələrinin payına düşüb. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 7184,0 min manatlıq pullu xidmətlər göstərilib. Əhaliyə göstərilən pullu xidmətlərin 11,3 faizini məişət xidmətləri təşkil edib. Hesabat dövründə 1249,2 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox məişət xidmətləri göstərilib. Məişət xidmətlərinin 99,8 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşıb.
Əmək bazarı
Şəhərdə işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal (əmək qabiliyyətli yaşda olan) əhalinin sayı 2014-cü ilin aprelin 1-i vəziyyətinə 53839 nəfər, o cümlədən 27920 nəfəri və ya 51,9%-ni kişilər, 25919 nəfər və ya 48,1%-ni isə qadınlar təşkil edir. Həmin tarixə muzdla və muzdsuz işləyənlərin sayı 49611 nəfər olub. Cəmi məşğul əhalinin 38,0%-i muzdla, 62,0%-i muzdsuz işləyənlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB