Ukraynada separatçılar ölkə hərbçilərinə məxsus helikopteri vurub
Hərbi vertolyot vuruldu 14 ölü

Hadisə Slavyansk şəhərində baş verib. "Mİ-8" markalı helikopter separatçılar tərəfindən günorta saatlarında vurulub. Hadisə zamanı vertolyotun göyərtəsində ekipaj üzviləri ilə yanaşı Ukrayna ordusunun hərbçiləri də olub. Hazırda hadisə yerində Ukraynalı hərbçilərlə separatçılar arasında güclü atışma gedir.

Helikopterin vurulması xəbərini Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov parlamentdə çıxışı zamanı təsdiqləyib: "General Kulçiçlə birlikdə helikopterdə qəzasında 14 hərbçimiz ölüb".

Bununla da, Ukraynada münaqişə başlayandan bəri Slavyansk şəhəri üzərində vurulan helikopterlərin sayı 3-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə