Çilidə məktəblilər yeddi min yaşı olan mumiya tapıblar

Çilidə məktəblilər yeddi min yaşı olan mumiya tapıblar

Çilidə bir qrup məktəbli yeddi min yaşı olan mumiya aşkar ediblər. Yerli məktəblərdən birinin şagirdləri istirahət günlərində arxeoloji ekskursiyaya getməyə hazırlaşarkən belə bir uğurla rastlaşacaqlarını yəqin ki, güman etməzdilər.

Tapıntı Peru ilə Çilinin sərhədi yaxınlığında aşkar edilib. Mütəxəssislərin fikrincə, həmin mumiya bu ərazidə eramızdan əvvəl IX–II minilliklərdə mövcud olmuş Çinçorro mədəniyyətinə aiddir. Bu yerlərə ekskursiyaların təşkilatçıları hesab edirlər ki, bu ərazini mühafizə olunan zonaya çevirmək lazımdır. Milli mədəni irsin qorunması üçün cavabdeh olan yerli hakimiyyət orqanları tapıntının ətraflı öyrənilməsi üçün oraya mütəxəssislər göndəriblər.

Mumiyanın Çilidə bu il aprel ayında baş vermiş 8,2 maqnitudalı zəlzələdən sonra üzə çıxması ehtimal edilir. "Time" qəzetinin verdiyi məlumata görə həmin kataklizmdən sonra bir sıra başqa qiymətli artefaktlar da sözün hərfi mənasında yerin səthinə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə