Rumıniya prezidenti Trayan Besesku Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, Rumıniya xalqı adından və öz adından təbriklərini və tərəqqi arzularını ifadə etməkdən böyük şərəf hissi duyduğunu qeyd edən T. Besesku Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsini fəal şəkildə dəstəklədiyini qeyd edib.
"Eyni zamanda, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bu tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı vasitəsilə davamlı olaraq inkişaf etmiş dostluq əlaqələri ölkələrimizin iqtisadi əməkdaşlığının inkişafı üçün mövcud potensialdan tam istifadəyə əsas yaradır.
Əminəm ki, biz Rumıniya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşdirilməsinə birlikdə nail olacağıq. Mən böyük məmnuniyyətlə Sizi bu il Rumıniyaya səfərə dəvət etdiyimi bir daha diqqətinizə çatdırıram", - deyə təbrikdə deyilir.
Çin Xalq Respublikasının sədri Si Cinpin, Qırğız Respublikasının prezidenti Almazbek Atambayev, Ukrayna prezidenti vəzifəsini icra edən, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov, Monteneqro prezidenti Filip Vuyanoviç, Dağıstan Respublikası Xalq Məclisinin sədri, Hökumətlərarası Komissiyanın həmsədri Xizri Şixsəidov, Latviyanın sabiq Prezidenti (1999-2007) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa da Azərbaycan dövlət başçısına təbrik ünvanlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB