Azərbaycan Gürcüstandan hərbi texnikanın satın alınması məsələsi ilə maraqlana bilər. SİA-nın xəbərinə görə, bu barədə cümə axşamı Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tbilisidə gürcüstanlı həmkarı İrakli Alasaniya ilə keçirdiyi brifinqdə bildirib.
Həsənov qeyd edib ki, Gürcüstanda "Delta" silah istehsalı müəssisəsinə baş çəkəcək və orada buraxılan məhsullarla tanış olacaq.
Həmçinin, azərbaycanlı nazir bu gün gürcüstanlı hərbçilərin Əfqanıstandakı əməliyyatlarda iştirak etmək üçün hazırlıq keçdiyi "Krtsanisi" tədris mərkəzinə baş çəkəcək.
Sabah Z.Həsənov və İ.Alasaniya Gürcüstanın Polis Günü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Batumiyə yola düşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB