"Şimal-şərq və şimal-qərb istiqamətində Afrika qitəsi bir qədər hərəkətə gələrək, İran mikro-plitəsinə təsir göstərir. Bu da nəticədə Xəzər və Anadolu tərəfə təsir göstərir. Onların nəticəsidir ki, bu gün Türkiyədə zəlzələlər bir qədər sürətlənib. Azərbaycanda isə hələlik sakitlikdir". SİA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə son günlər Türkiyədə baş verən zəlzələlərin Azərbaycana təsirindən danışarkən deyib.
AMEA-nın prezidenti A.Əlizadə onu qeyd edib ki, ölkədə geofiziki tədqiqatlar bu gün geodezik tədqiqatların təmasda aparılması nəticəsində imkanlar bir qədər də genişlənir: "Geodeziya GPRS-lərin, stansiyaların Bakıda geniş miqyasda qurulması, Türkiyədə, Rusiyada olması, qonşu ölkələrdə yayılması qarşılıqlı tədqiqat aparmağa, yenilikləri tədqiq etməyə imkan verir. Bunlar isə öz növbəsində yer səthinin horizontal hərəkətlərinin öyrənilməsinə gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB