"Səs" Media Qrup Respublika Gününü Şamaxıda qeyd etdi

"Səs" Media Qrup Respublika Gününü Şamaxıda qeyd etdi

"Səs" Media Qrupun kollektivi 28 May - Respublika Gününü Şamaxıya maraqlı səfər təşkil etməklə qeyd edib. SİA-nın məlumatına görə, jurnalistlər səfər çərçivəsində Şamaxı yaxınlığında yerləşən, Azərbaycanın azadlığı uğrunda canından keçən türk zabitinin qəbrini və abidə kompleksini ziyarət ediblər. "Tənha məzar" adlanan abidənin önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad olunub. "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin qəhramlanlığı barədə məlumat verib.

Daha sonra kollektiv Ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar. Kollektiv Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub. "Səs" Media Qrupun rəhbəri B. Quliyev Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə bağlı geniş məlumat verərək bildirib ki, məhz bu qayıdışın nəticəsində Azərbaycan xalqı yenidən müstəqillik əldə edib və bu müstəqillik sayəsində ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoyub. O, eyni zamanda vurğulayıb ki, möhkəm təməl üzərində qurulmuş müstəqil Azərbaycan dövləti uğurlu inkişaf yolundadır: "Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycan xalqının rifahı və ölkənin inkişafı üçün qətiyyətli siyasət yeridərək Azərbaycanı regionun lider dövlətinə çevirib".

Bayram gəzintisi ziyafətlə baş çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə