Şamaxıda VII forumuna hazırlıq məqsədilə gənclərin ümumrayon toplantısı keçirildi
Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci" illlərdə Dövlət Proqramının 6.5.3-cü yarımbındinin icrasının təmin edilməsi məqsədilə 27 may 2014-cü tarixində saat 11:00-da Şamaxı Mədəniyyət Evinin zalında Azərbaycan Gənclərinin VII Forumuna hazırlıq məqsədilə Şamaxı rayon gənclərinin ümumrayon toplantısı keçirilib. Şamaxı rayon Gənclər və İdman idarəsindən SİA-ya verilən məlumata görə, gənclərin ümumrayon toplantısında rayonun ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, İdmançılar və rayonun ictimai-siyasi həyatında fərqlənən fəal gəncləri üzrə 280 nəfər nümayəndə heyəti iştirak edib.
Tədbir başlanmazdan öncə Şamaxı Payon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevin iştirakı ilə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon Mədəniyyət Evinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov Azərbaycan Gənclərinin VII Forumunun keçirilməsinin mahiyyəti və əhəmiyyəti haqqında kiçik məlumat verdikdən sonra Şamaxı gənclərinin ümumrayon toplantısı açıq elan olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra toplantının gündəliyində duran məsələr üzrə müzakirələrə başlanılıb. Belə ki, birinci məsələ üzrə Azərbaycan Gənclərinin VI Forumundan keçən dövr ərzində rayonda görülən işlər və qarşıda duran məsələlər barədə Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynovun hesabat xarakterli məruzəsi dinlənilib və rayon gəncləri tərəfindən çıxışlar olunub. İkinci məsələ üzrə Azərbaycan Gənclərinin VII Forumunda iştirak etmək üçün verilmiş say tərkibində (14 nəfər) Şamaxı rayon nümayəndələri seçilib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək respublikada, o cümlədən Şamaxı rayonunda gənclər və bədən tərbiyəsi sahəsində gədən inkişafdan danışıb və gənclərin rayonun ictimai-siyasi həyatında fəallıqla iştirak etmələri üçün uğurlar arzu edib. Sonra rayon rəhbəri A.Ağayev forumlararası dövürdə gənclər, bədən tərbiyəsi və idman sahələrində fərqlənən bir qrup gəncləri Fəxri fərmanlarla və qiymətli hədiyələrlə təltif edib.
Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikasının Prezidentinə Şamaxı gənclərinin umumrayon toplantısının iştirakçıları adından hazırlanmış müraciət qəbul olundu.
Tədbirin sonunda rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən hazırlanmış rəngarəng konsert proqramları toplantı iştirakçılarına təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB