Təmir işləri ilə əlaqədar mayın 26-da qismən məhdudlaşdırılan Bakı Dairəvi avtomobil yolu hazırda tam bağlanıb. Bununla bağlı SİA-ya açıqlama verən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, qeyd olunan yolun tam bağlanması nəzərdə tutulmasa da, bu addım məcburən atılıb.
Onun sözlərinə görə, bəzi sürücülərin yüksək sürətlə hərəkət etməsi, o cümlədən bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxarıb: "Buna görə də biz qərara aldıq ki, gediş hissəni tam bağlayaq. Sürücülərin çoxu bildirirlər ki, gedərkən "Sədərək" ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş edirlər. Lakin biz onlara alternativ yol kimi Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edirik. Belə ki, həmin yolda sürücülər Lökbatan istiqamətindən aşağı düşüb, dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. "Sədərək" ticarət mərkəzinin yoluna keçməyə ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB