28 May-Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində on marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.
Paytaxt sakinləri və şəhərimizin qonaqları hərbi orkestrin ifa etdiyi təntənəli marşın sədaları altında şəhərin müxtəlif yerlərindən keçən müdavimləri alqışlayıb, onlara uğurlar arzulayıblar.
Hərbi orkestrlərin müşayiəti ilə Azadlıq meydanına gələn müdavimləri onların valideynləri, ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan tələbələr coşqu ilə qarşılayıblar.
Yürüşdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və digər məktəblərin kursantları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB