Almaniyalı nazir Rusiya prezidenti Putinin Avropa müttəfiqlərini "faşist" adlandırıb. Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Fransanın sağçı "Milli Cəbhə" partiyasının lideri Marine Le Peni "faşist" adlandırıb.
"Bizim Fransız həmkarları ilə yanaşı bizdə faşist, ekstremist partiyaya səs verdiyimiz üçün səhvlərimiz haqqında düşünməliyik", - deyə nazir Almaniyanın paytaxtında keçirilən simpoziumda çıxış edərkən bildirib.
Le Penin lideri olan "Milli Cəbhə" mayın 25-də Fransada Avropa Parlamentinə keçirilən seçkilərində qalib gəlib. Onlar seçkilərdə 2012-ci ildə iqtidara gələn mühafizəkar Xalq Hərəkatını qabaqlayıb.
Bu sağçı partiya Vladimir Putinin siyasətinin əsas müttəfiqləri və pərəstişkarlarından biridir. "Milli Cəbhə" o cümlədən neo-nasistlər və faşistlər də daxil olmaqla Krımın qeyri-qanuni "referendum"unda Avropa "müşahidəçilər"inin əsas hissəsini təşkil etmişdi.
Aprelin əvvəlində Marine Le Pen açıq şəkildə Ukraynanın Şərqində terroristlərə dəstək olduğunu bəyan edib. May ayının ortalarında o, Putinin bəzi dəyərlərini bölüşərək bildirib ki, Putin onu yaxşı başa düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB