Səbailli gənclər Respublika gününü Daxili Qoşunların hərbi hissəsində qeyd ediblər
Respublika günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə "N" saylı hərbi hissədə tədbir keçirilib. SİA-nın xəbərinə görə, Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri və Daxili Qoşunların şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə qonaqlar vətənimizin torpaqlarının qorunması və azad olunması uğrunda gedən döyüşlərdə həlak olan Daxili Qoşunların nümayəndələrin şərəfinə ucaldılan abidə önünə çiçək dəstələri düzüblər.
Sonra tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Daxili Qoşunların Komandanının I müavini- qərargah rəisi, general-mayor Şirin Xəlilovun iştirakı ilə hərbi hissənin əsgər yataqxanasına və xidmət otaqlarına baxıblar. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə məktəblilərə məlumat verilib, bu silahlardan istifadə qaydaları, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimləri, xüsusi geyim və qorunma vasitələri nümayiş etdirib.
Daha sonra xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib.
Hərbi hissənin sıra meydanında keçirilən təntənəli toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə tədbir iştirakçılarını Respublika günü münasibəti ilə təbrik edib, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışıb, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat verib, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühm rol oynadığı, onların hərbi xidmətə hazırlığı işlərində mühüm əhəmiyyət kəsb etdiyi və Səbail rayonu ilə DİN Daxili Qoşunlar arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndiyi vurğulayıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov da hərbi hissənin şəxsi heyətini və iştirakçıları Respublika günü münasibəti ilə təbrik edərək əsgərlərimizə xidmətdə uğurlar arzulayıb.
Daxili Qoşunların Komandanının I müavini - qərargah rəisi, general-mayor Şirin Xəlilov tədbir iştirakçılarını əlamətdar bayram münasibəti ilə təbrik edib, Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışıb, Daxili Qoşunların inkişafı və bu qoşun növünün müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin fəaliyyəti barədə məlumat verib. Şirin Xəlilov vətəni sevməyi, dövlətimiz naminə gəncləri hər bir fədakarlıqlara hazır olmağı tösiyə edib.
Xidmətdə fərqlənən əsgər və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Rəsmi hissədən sonra qonaqlar və hərbi hisənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunmundur. Qonaqlar yeməklərin keyfiyyətini yüksək qiymətləndiriblər.
Sonda populyar incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB