Fikrət Məmmədov Türkiyənin daxili işlər naziri ilə görüşüb

Fikrət Məmmədov Türkiyənin daxili işlər naziri ilə görüşüb

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyənin daxili işlər naziri Efkan Alanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, F. Məmmədov Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıqdan danışıb. Nazir məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə aparılan islahatlar barədə məlumat verib.

F. Məmmədov Soma kömür mədənində baş vermiş faciə ilə əlaqədar E.Alaya başsağlığı verib.

E. Ala regionda önəmli mövqeyə malik olan Azərbaycan və Türkiyənin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə daim bir-birlərini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunması üçün Türkiyənin bundan sonra da dəstək göstərəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə