Şeyxülislam Çeçenistana səfərə gedir

Şeyxülislam Çeçenistana səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə mayın 29-da Çeçenistanın paytaxtı Qroznıya səfərə gedəcək. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A.Paşazadə Qroznıda keçiriləcək 6-cı Beynəlxalq Sülhyaratma Forumunda iştirak edəcək.

Mövzusu "İslam - Sülhün dini" olan Forum mayın 30-31-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə