RYTN-in nümayəndəsi beynəlxalq təşkilatın vitse-prezidenti seçilib

RYTN-in nümayəndəsi beynəlxalq təşkilatın vitse-prezidenti seçilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 36-cı iclası keçirilib. İTSO Tərəflər Assambleyasının 36-cı iclası zamanı keçirilən gərgin müzakirələr və danışıqlar nəticəsində Azərbaycan Respublikası Şərqi Avropa və Şimali Asiya ölkələri qrupundan təşkilatın Məşvərətçi Komissiyasının daimi nümayəndəsi seçilib. İTSO Assambleyasının iclası zamanı Azərbaycan Respublikası tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin texniki işlər üzrə direktor müavini Məzahim Quliyev təşkilatın Şərqi Avropa və Şimali Asiya ölkələri qrupu ("C" qrupu) üzrə vitse-prezident vəzifəsinə təklif edilib.

Nazirlikdən SİA-ya verilən xəbər görə, nəticədə İTSO-nun Tərəflər Assambleyasının çərçivəsində təşkilata üzv olan ölkələr coğrafi yerləşməyə uyğun olaraq, beş qrupa bölünmüş və Azərbaycan Respublikasının nümayəndəsi Məzahim Quliyev Azərbaycan Respublikasının daxil olduğu 14 ölkədən (Azərbaycan, Bosniya və Herseqovina, Çex Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan Respublikası, Monteneqro, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Tacikistan, Özbəkistan və Ermənistan) ibarət "C" qrupunun vitse-prezidenti vəzifəsinə seçilib.

Eyni zamanda, İTSO-nun Tərəflər Assambleyasında cari ilin 22 may tarixində keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikasının nümayəndəsi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar NazirliyininHüquq və kadrlar şöbəsinin Hüquqi təminat sektorunun böyük məsləhətçisi Fuad Məmmədov təşkilatın Hüquqi məsələlər üzrə Panelinin üzvü seçilib.

Məlumat üçün bildirək ki, İTSO-nun Nizamnaməsinə əsasən, təşkilatın hüquqi məsələlər üzrə Panelinin üzvləri təşkilatın üzvü olan ölkələr tərəfindən təklif edilmiş namizədlər arasından seçilir. Seçilmiş 11 ekspert İTSO-nun Tərəflər Assambleyasının 34-cü iclasında seçilmiş ekspertləri əvəzləyəcək və İTSO-nun Tərəflər Assambleyasının 38-ci iclasına qədər təşkilatın hüquqi məsələlər üzrə panelinin eksperti kimi fəaliyyət göstərəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə