Belçikada Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib FOTO

Belçikada Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib FOTO

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, rəsmi ziyafətdə Belçikanın rəsmi qurumlarının nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspora qurumlarının nümayəndələri, Avropa İttifaqı və NATO yanında akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin üzvləri, Aİ və NATO-nun yüksək səviyyəli məmurları iştirak ediblər.

Qəbulda Azərbaycanın klassik musiqi inciləri səsləndirilib, ölkənin müxtəlif guşələrinə səyahətə aparan sənədli film nümayiş olunub və Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə