İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin dəstəyi ilə "İƏT Model-Beynəlxalq Münasibətlər Akademiyası" proqramı çərçivəsində "İƏT Model-Azərbaycan" adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
SİA-nın məlumatına görə, "İslam Əməkdaşlıq Təşkilatı Model – Beynəlxalq Münasibətlər Akademiyası" layihəsi haqqında videorolikin nümayişindən sonra çıxış edən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov bildirib ki, layihənin məqsədi İslam ölkələrinin geosiyasi vəziyyətinin və beynəlxalq münasibətlərin öyrənilməsidir. Onun sözlərinə görə, layihə artıq 4-cü ildir ki həyata keçirilir və məqsəd həm də istedadlı tələbələrin aşkar edilməsidir: "Humanitar sahə üzrə müraciət edən 300 tələbədən 100-ə yaxını seçilir və həmin tələbələrə 6 ay ərzində islam ölkələrində baş verən siyasi proseslər, beynəlxalq münasibətlərin əsas kriteriyası haqqında mühazirələr oxunur. Həmin mühazirələrə Azərbaycanda təmsil olunan İslam ölkələri səfirliklərinin nümayəndələri də qatılır və mühazirə oxuyurlar. Mühazirələrin sonunda həmin tələbələr İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısını simulyasiyasını təşkil edirlər. Layihə tələbələrə İslam ölkələrində baş verən prosesləri, onları yaxından izləməyə və müzakirəsində iştirak etməyə imkan verir. Bu layihə müxtəlif formada 10-dan çox islam ölkəsində həyata keçirilir".
Təhsil nazirinin müşaviri Ağababa İbrahimli isə çıxışında qeyd edib ki, tədbir islam dəyərlərinin təbliği üçün gözəl vasitədir. O, Azərbaycanın tolerant ölkə olduğunu və bütün dinlərə hörmətlə yanaşıldığını vurğulayıb.
Sonda layihədə fərqlənən tələbələrin mükafatlandırılma mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB