"Azərbaycanda gənc alimlər su resurslarının problemini öyrənməli və beynəlxalq aləm üçün də əhəmiyyətli olan sahələrdə fəaliyyət göstərməlidirlər. Azərbaycan elminin prioritet istiqamətləri arasında qlobal şəraitdə bizi əhatə edən elmi mühiti, iqlim dəyişikliyini, su resurslarını öyrənmək kimi sahələr daxildir". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, təbii resurslar - neft-qaz zəngin və dərin öyrənilən istiqamətdir: "Amma su problemi prioritet olaraq qalmaqdadır. Gənclik su resurslarının problemini öyrənməli və beynəlxalq aləm üçün də əhəmiyyətli olan sahələrdə fəaliyyət göstərməlidirlər. Bu gün elm mütləq inteqrasiya yolu ilə inkişaf etməlidir, yalnız bu halda yeni elmi nəticələr yarana bilər. Azərbaycan elminin inkişafı üçün prioritetlər müəyyənləşib. Onlar arasında beynəlxalq elm aləmində qəbul olunmuş prioritetlər də öz əksini tapıb".
AMEA-nın prezidenti, akademik Akif ƏLizadə həmçinin gənc alimlərin mövcud problemlərinə də toxunub. O bildirib ki, bu gün Azərbaycanda gənc alimlərlə bağlı əsas problem onların xarici dil bilmə bacarıqları və beynəlxalq elmi mühitə inteqrasiya olunma ilə bağlıdır: "Odur ki, gənc alimlərin püxtələşməsi vacibdir. Bu gün Azərbaycanın gənc alimlərinin əsas problemi dünya elminə inteqrasiya ilə bağlıdır. Bu məsələdə əsas problem isə xarici dil məsələsidir. Dili yalnız hansısa xarici dil kurslarında öyrənməklə kifayətlənmək olmaz. Xarici dili bilmək üçün mütləq münasib təmasda olmaq, xarici ölkə alimləri ilə kontaktlar qurmaq lazımdır. Beynəlxalq mühitdə, laboratoriyalarda iştirak zamanı dili mənimsəmək olar. Bu baxımından da hesab edirik ki, gənc alimlərin əsas problemi beynəlxalq elmi mühitə inteqrasiyadır. Gənc alim dünyanın başqa ölkələrinin gənc alimləri ilə təmas qurub onlarla şərikli tədqiqatlar aparmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB