Dini icma dövlət komitəsini məhkəməyə verdi

Dini icma dövlət komitəsini məhkəməyə verdi

Azərbaycanda tanınmış dini icma Dövlət Komitəsini məhkəməyə verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Fatimeyi-Zəhra" dini icması Komitənin müraciəti əsasında dini icmanın dövlət qeydiyyatının məhkəmə yolu ilə ləğv olunması ilə bağlı 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

İki ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək, "Fatimeyi-Zəhra" dini icmasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıb.

Məhkəmə Dövlət Komitəsinin iddiasını təmin edərək, icmanın dövlət qeydiyyatını ləğv edib.

Qərardan narazı qalan dini icma apelyasiya şikayəti verib.

Bütün xəbərlər Facebook səhifəmizdə