Nazir: "Müasir tədqiqatlardan yalnız "bir klik" qədər uzaqdasınız"

Nazir: "Müasir tədqiqatlardan yalnız "bir klik" qədər uzaqdasınız"

"Hazırkı dövrdə gənc alimlər 5-10 il əvvəlki dövrlə müqayisədə daha geniş imkanlara malikdirlər. Bu gün siz- gənc alimlər ən son innovasiyalar və ən müasir tədqiqatlardan yalnız "bir klik" qədər uzaqdasınız". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" başlığı altında Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nüfuzlu elm mükafatlarının laureatları, dünya şöhrətli alimlər, görkəmli elmi işlərin müəllifləri də bu gün artıq əlçatmaz deyillər: "İndiki dövrdə istənilən kəsi və istənilən məlumatı tapmaq mümkündür".

A. Rəhimov onu da bildirib ki, dünya ölkələrinin də elmi inkişafa göstərdiyi dəstək gündən-günə artmaqdadır: "Müxtəlif ölkələrdə gənc alim və tədqiqatçıların yerli təşkilat və birlikləri yaradılır, uğurlu fəaliyyət göstərir. Azərbaycanın timsalında bunu daha aydın görmək mümkündür. Bu gün ölkəmizdə elm yeni mərhələdə inkişaf edir. Buna bariz nümunə kimi 2009-cu ildə Prezident İlham Әliyev tərəfindən "Azərbaycanda elmin inkişafı strategiyası"-nın imzalanmasını misal göstərmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə