Səfirin Şəmkir səfəri FOTO

Yaponiyalı səfir eləcə də "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı" proqramı çərçivəsində Şəmkirin Sabirkənd kəndində inşa edilən tibb məntəqəsinin açılışında da iştirak edib. SİA-nın məlumatına görə, səfir rayonda səhiyyənin inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışılıb. Ölkə prezidentinin Şəmkirdə Xəstəxana Kompleksinin inşası üçün xüsusi sərəncam imzaladığı bildirilib. Yaxın vaxtlarda həmin tibb ocağının inşasına başlanacaq. Bundan başqa kənd və qəsəbələrdə mövcud səhiyyə ocaqlarının maddi texniki bazası ilbəil möhkəmləndirilir. 12 otaqdan ibarət olan yeni tibb məntəqəsində əhaliyə günün tələbləri səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün maksimum şərait yaradılıb. Burada ailə həkimi, stomatoloq, pediatr və terapevtlər sakinlərə ilkin tibbi yardım göstərəcək. Şəmkirdə 3 kəndin içməli suya olan tələbatını ödəmək üçün müqavilə də imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Yaponiya tərəfdən isə səfir Tsuquo Takahaşe imzalayıb. Müqaviləyə əsasən Şəmkir rayonunun Çənlibel, Qasımalılar və Göyməmməd kənd sakinlərinin içməli suya olan ehtiyacları tam ödəniləcək. Qeyd edək ki, layihənin dəyəri 121 min 722 ABŞ dollarıdır.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə