Bu gün Bakının Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissə artıq bağlanıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda ərazidə kommunikasiya xətlərinin qazılmış xəndəklərində kipləşdirmə işləri aparılır: "Həmçinin kommunikasiya quyularının dəmir-beton piltələri dəyişdirilir. Bundan sonra isə frezlənmə üsulu ilə köhnə asfalt-beton örtüyü qaşınacaq və yeni asfalt-beton örtüyü salınacaq".
Qeyd edək ki, bütün bu işlər 10 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB