Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser ilə görüşü olub. Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən SİA-ya bildiriblər ki, görüşdə səfir Xalid Usman Qayser Pakistan-Azərbaycan münasibətlərindən danışıb, əməkdaşlığımızın uğurlu olduğunu vurğulayıb. Qonaq Pakistanda Azərbaycana qardaş ölkə deyildiyini diqqətə çatdırıb.
Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etdiklərini bildirən səfir Xalid Usman Qayser Azərbaycanın sürətlə inkişaf etdiyini bildirmiş, eyni zamanda, universitetlərarası əməkdaşlıqdan danışıb.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-da tədris olunan urdu dilindən, bu sahədə tələbə-müəllim mübadiləsinin, elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Sonra fikir mübadiləsi aparılmış, səfirin BDU tələbələrinə mühazirə oxumaq istəyi məmnunluqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB