Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanununda dəyişiklikləri təsdiq edib
Dövlət rüsumu dəyişdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 14.8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

14.8.1.1. 3 ayadək 30 manat

14.8.1.2. 6 ayadək 60 manat

14.8.1.3. 1 ilədək 120 manat

14.8.1.4. 1 il 6 ayadək 180 manat

14.8.1.5. 2 ilədək 240 manat

14.8.1.6. 2 il 6 ayadək 300 manat

14.8.1.7. 3 ilədək 360 manat

2. Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilsin:

14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

14.8.1-1.1. 3 ayadək 15 manat

14.8.1-1.2. 6 ayadək 30 manat

14.8.1-1.3. 1 ilədək 60 manat

14.8.1-1.4. 1 il 6 ayadək 90 manat

14.8.1-1.5. 2 ilədək 120 manat

14.8.1-1.6. 2 il 6 ayadək 150 manat

14.8.1-1.7. 3 ilədək 180 manat

14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

14.8.1-2.1. 1 illik 40 manat

14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat

3. 14.8.2-ci maddənin əvvəlinə "Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə" sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilsin:

14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 150 manat

5. 14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

14.15.1. 30 günədək 30 manat

14.15.2. 60 günədək 60 manat

6. Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilsin:

14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

14.15-1.1. 30 günədək 15 manat

14.15-1.2. 60 günədək 30 manat

7. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:

"18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

18.58.1. 3 ayadək - 350 manat;

18.58.2. 6 ayadək - 600 manat;

18.58.3. 1 ilədək - 1000 manat.".

Bütün xəbərlər Facebook səhifəmizdə